Braziliya milli futbol komandasının Fransa və Xorvatiya ilə oyunları üçün heyəti açıqlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, heyətdə "Qalatasaray"dan Qabriel Sara və "Fənərbağça"nın qapıçısı Ederson yer alıb.
Braziliya millisinin heyəti aşağıdakı kimidir:
"Alisson, Bento, Ederson, Uesli, Aleks Sandro, Danilo, Duqlas Santos, Markinhos, Qabriel, Leo Pereira, Bremer, İbanez, Kazemiro, Fabinho, Andrey Santos, Danilo, Qabriel Sara, Vinisius Jr., Rafinya, Martinelli, Kunya, Luiz Enrike, Endrik, İqor Tyaqo, Rayan"
Xatırladaq ki, "Qalatasaray"ın 26 yaşlı yarımmüdafiəçisi Qabriel Sara ilk dəfə milli komandanın heyətinə daxil edilib.
Fərid
MİA.AZ