İspaniya nəhəngi Almaniyanın "Ayntraxt" klubunun sol cinah müdafiəçisi Nataniel Braunu yayda transfer etməyə yaxındır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Barselona" klubu oyunçu ilə yaxından maraqlanır.
Məlumata görə, baş məşqçisi Hansi Flik 22 yaşlı futbolçunun heyətə qatılmasını istəyir.
Xatırladaq ki, Braun bu mövsüm "Frankfurt" klubundan 34 matça çıxaraq 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid
MİA.AZ