"Qalatasaray" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün İngiltərə nəhəngi "Liverpul"la oyunun hazırlıqlarını davam etdirir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "sarı-qırmızı" klubun açıqlamasına görə, baş məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq dinamik isinmə hərəkətləri ilə başlayıb.
Məşq iki qrupda 8-2 ötürmə hərəkətləri, ardınca topa sahib olma və müdafiə təşkilatı hərəkətləri ilə davam edib və məşq matçı ilə başa çatıb.
Qalatasaray hazırlıqlarını sabahkı məşqlə başa vuracaq.
Fərid
MİA.AZ