Super Liqanın 27-ci həftəsində səfərdə "Eyüpspor"la qarşılaşacaq "Trabzonspor" matçın hazırlıqlarını davam etdirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Fatih Tekkenin rəhbərliyi altında keçirilən məşqin ilk hissəsi texniki isinmə hərəkətlərindən ibarət idi.
Məşq Rondo məşqləri ilə davam etdi və taktiki işlərlə başa çatdı.
Bordo-mavi komanda sabahkı məşqlə Eyüpspor matçına hazırlıqlarını tamamlayacaq.
Fərid
MİA.AZ