İngiltərə yığmasının 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin bu ay keçiriləcək ilk iki oyunu üçün heyəti bəlli olub.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda İngiltərə yığması martın 21-də Albaniyanı, martın 24-də isə Latviya millisi ilə "döyüşəcək".
İngilislər bu iki oyuna 26 futbolçu ilə yollanacaq:
Qapıçılar: Dean Henderson (Kristal Palace), Jordan Pickford (Everton), Aaron Ramsdale (Southampton), James Trafford (Burnley)
Müdafiəçilər: Dan Burn (Nyukaasl United), Levi Colvill (Çelsi), Marc Guehi (Kristal Palace), Reece James (Çelsi), Ezri Konsa (Aston Villa), Myles Levis-Skelly (Arsenal), Tino Livramento (Nyukaasl United), Jarell Quansah (Liverpul), Kyle Valker (Milan)
Yarımmüdafiəçilər: Jude Bellingham (Real Madrid), Ebereçi Eze (Crystal Palace), Jordan Henderson (Ajax), Curtis Jones (Liverpool), Cole Palmer (Chelsea), Declan Rice (Arsenal), Morgan Rogers (Aston Villa)
Hücumçular: Jarrod Bocen (Vest Ham United), Phil Foden (Mançester Siti), Anthony Gordon (Nyukaasl United), Harry Kane (Bavariya), Marcus Rashford (Aston Villa), Dominic Solanke (Tottenham Hotspur)
Fərid ASLAN
MİA.AZ