"Mançester Siti"nin hücumçusu Erlinq Haaland klubunu dəyişməyə qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, artıq 2027-ci ilin yayında getmək niyyəti barədə "Siti" rəhbərliyini məlumatlandırıb. 

Məlumata görə, ulduz hücumçu yay komandadan ayrılmayacaq.

Haaland üçün əsas namizəd "Real Madrid" hesab olunur.

Bununla belə, "Barselona"nın da ulduza maraq göstərdiyi deyilir. 

Xatırladaq ki, "Transfermarkt" 25 yaşlı futbolçunun dəyərini 200 milyon avro ilə qiymətləndirir. 

Fərid

MİA.AZ