"Fənərbağça" Cenk Tosunun Yaponiyanın "Urava Red Diamonds" komandasına transferi üçün razılığa gəlib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandalar hərtərəfli razılaşıb.
Məlumata görə, llublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək keçiriləcək və Cenk Tosunun icarə müqaviləsi bu turnirin sonuna qədər qüvvədə olacaq.
Xatırladaq ki, bu mövsüm cəmi 17 matça çıxan Cenk Tosun ümumilikdə 283 dəqiqə meydanda olub, 2 qol və 1 məhsuldar ötürmə ilə komandasına töhfə verib.
Fərid ASLAN
MİA.AZ