UEFA Avropa Liqasının ötən gecə keçirilən 1/8 finalının cavab matçında "Fənərbağça" səfərdə üstün oynadığı Şotlandiyanın "Reyncers" komandasına penaltilərlə uduzub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk komandası İstanbuldakı ilk oyununda 3-1 hesabı ilə uduzsa da, səfərdəki cavab oyununda əsas və əlavə vaxtda 2-0 önə keçib.
"Fənərbağça"nın qollarını 45 və 73-cü dəqiqələrdə Sebastyan Şimanski vurub - 0:2.
Beləliklə, ümumi hesab 3:3 olduğundan oyuna 30 dəqiqədə əlavə edilib. Lakin hesab yenə dəyişmədiyindən qalib penaltilərlə müəyyənləşib.
Penaltilər seriyasında rəqibinə 3:2 hesabı ilə uduzan İstanbul klubu yarışla vidalaşıb.
Fərid ASLAN
MİA.AZ