Almaniya Bundesliqasının iddialı klubu "Bavariya" 30 yaşlı alman yarımmüdafiəçi Coşua Kimmixin müqaviləsi uzadıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama verib.

Bildirilib ki, yarımmüdafiəçi ilə 30 iyun 2029-cu ilə qədər yeni müqavilə imzalanıb: "Bu yay 30 yaşlı futbolçunun komandamızın üzvü olmasının 10 ili tamam olacaq. Onun bizim komandanın formasını geyinməsindən qürur duyuruq"

Xatırladaq ki, alman futbolçu “Bavariya” formasıyla 8 Bundesliqa çempionluğu, 1 UEFA Çempionlar Liqası və 1 FİFA Klublararası Dünya Çempionatının qalibi olub. O, 2015-ci ilin iyulunda "Ştutqart"dan "Bavariya"ya transfer edilib.

Fərid ASLAN
MİA.AZ