Hansi Flikin cəzalandırdığı “Barselona”nın qapıçısı İnaki Pena “Qalatasaray”ın formasını geyinə bilər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Barselona"nın 26 yaşlı qapıçısı İnaki Pena İspaniya Superkuboku zamanı Səudiyyə Ərəbistanında məşqə gecikdiyi üçün baş məşqçi Hansi Flik tərəfindən cəzalandırıldığından komandadan ayırlmağa can atır.
Məlumata görə, o, yayda Muslera ilə vida mərasimi keçirəcək "Qalatasaray"a transferə müsbət yanaşır: "Artıq onun meneceri bu transferi mümkün sayıb".
Xatırladaq ki, "Qalatasaray" onu 2022-ci ildə icarə əsasında heyətinə qatmışdı.
Fərid ASLAN
MİA.AZ