2024-cü il Avropa çempionatının seçmə mərhələsinin B qrupunda Fransa Hollandiyanı səfərdə 2:1 hesabı ilə məğlub edib.
Mia.az xəbər verir ki, qarşılaşmada 2 qol vuran 24 yaşlı fransalı futbolçu Kilian Mbappe atdığı qollarla Fransa əfsanəsi Mişel Platininin rekordunu təzələyib.
Xatırladaq ki, matçın 7 və 53-cü dəqiqələrində 2 qol vuran 24 yaşlı futbolçu Kilian Mbappe milli ilə ümumilikdə 42 qol vurub.
Fərid
MİA.AZ