Hari Vukas və Toni Modriçin "Beşiktaş"da köməkçi məşqçi təyin edilmələrindən sonra Türkiyə mediasında maraqlı xəbərlər tirajlanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub prezidenti Ahmet Nur Çebi sürpriz qərara imza atmağa ahzırlanır.
İddiaya görə, o, vaxtilə "Qalatasaray"ın baş məşqçisi olan xorvat mütəxəssis İqor Tudoru şenol Günəşdən boşalan baş məşqçi vəzifəsinə gətirəcək.
Bu barədə iddiaları xorvatiyalı jurnalist İzak Ante Suçiçin yazısı da qüvvətləndirib.
Həmin yazıda da "Beşiktaş"da Hari Vukas və Toni Modriçin təyinatlaırna toxunularaq, növbəti hədəfin İqor Tudor olduğu qeyd olunub.
Fərid
MİA.AZ