"Real Madrid" "Mançester Siti" ilə oyunda zədələnən Tibo Kurtua ilə bağlı pis xəbər alıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub belçikalı qapıçının əzələ zədəsi aldığını açıqladı.
Açıqlamada bildirilib ki, 33 yaşlı qapıçının təxminən bir ay yarım müddətinə meydanlardan kənarda qalacağı gözlənilir.
Xatırladaq ki, Kurtua həftənin əvvəlində "Mançester Siti" ilə matçda fasilədə əvəzləndi, ikinci hissədə isə qapıçı Andriy Lunin oldu.
Fərid
MİA.AZ