Super Liqanın 27-ci həftəsində komandası "Kasımpaşa"nı 2:1 hesabı ilə məğlub edən "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, açıqlamalarında deyib:

"Milli fasilədən əvvəl qalib gəlmək vacib idi. Derbi məğlubiyyətindən sonra özünə gəlmək asan deyil. Oyunçularım hər iki matçda yaxşı çıxış etdilər. Bu gün erkən qol vurduq. Hesab problemli görünsə də, oyuna baxanda rəqibin çox şansı olmadı. İkinci hissədə 3-4 dəqiq qol şansı yaratdıq. Qapıçı da orada şanslı idi. Qaldığımız yerdən davam edəcəyik."

Fərid

MİA.AZ