"Kəpəz"ə uduzmaq Qurban Qurbanova elə təsir etdi ki, bu boyda bayramlar (həm Novruz, həm də Ramazan) yadından çıxdı.
Mən deyəndən sonra təbrik etdi jurnalistləri və xalqımızı.
Başa düşürəm onu. İkinci dəfədi ki, gəncəlilərə uduzurlar.
Qələbə üçün əslində hər şey etdilər. Qurbanov əvvəlcə ağır artilleriyasını qoydu meydana, sonradan ehtiyatda olan qol vuranlarını da çıxardı.
Avrokubok oyunlarından keçən komandalar belə daxili oyunlarda ikinci-üçüncü heyətilə qələbə qazanır. Deyəsən penaltiyə ümid etmişdilər, ona da hakim icazə vermədi. Bəlkə də Qurbanov özü demişkən, "onların günü deyildi".
Ya da Rəşad Sadıqovun sözü olmasın, "autsayder namizəd" deyib keçməmək lazımdı artıq. Turnirin aşağı pilləsində olanlar sənə belə sürpriz yarada bilər.
Buraxın bunları, hoca. Cavanları çəkin qabağa. Həvəsli gənclərimizi gətirib otuzdurmusunuz ehtiyatda, kənardan baxırlar oynayanlara. Yetişdirin onları da. Ehtiyat oturacaqda yetişməz onlar, inanın.
Cərimə meydançasında uzanıb penalti gözləyən Durandan nəyi əskikdi bizim uşaqların? Heç olmasa, autsayder namizədlərlə oyunlara çıxarın.
Nə isə.
Necə belə bayramlara!
Zülfiyyə Mustafayeva
Mia.az