İngiltərənin "Nyukasl" klubu "Lens" klubunda çıxış edən gənc qapıçı Robin Risseri transfer siyahısına əlavə edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 21 yaşlı qapıçı bu mövsüm stabil çıxışı ilə diqqət çəkib.
“Nyukasl” rəhbərliyi gənc qapıçını gələcək üçün vacib transfer kimi dəyərləndirir və yaxın vaxtlarda rəsmi addımların atılması gözlənilir.
Fərid
MİA.AZ