"Trabzonspor" xorvatiyalı baş məşqçisi Nenad Bjelica ilə yollarını rəsmən ayırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilik 1 milyon 600 min avro qazanan Bjelicanın qalan maaşı iki dəfəyə ödəniləcək.
Məlumata görə, xorvat məşqçiyə müqaviləsinin ikinci ili üçün heç bir ödəniş olmayacaq.
Xəbərdə o da deyilir ki, komandanın sükanı arxasına tanınmış məşqçi Abdullah Avcı gətiriləcək.
Fərid
MİA.AZ