Super Liqanın 8-ci həftəsində "Fənərbağça" səfərdə "Kasımpaşa"nın qonağə olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsmayıl Kartalın yetirmələri bu görüşdə qalib gələrək məğlubiyyətsiz liderliyini davam etdirib.
Məlumata görə, qarşılaşmanın 6-cı dəqiqəsində İsmayıl Yüksekin ötürməsi ilə Edin Dzeko hesabı açıb - 0:1.
45+3-cü dəqiqədə isə Tadiç "Kasımpaşa"nın qapısına penalti təyin edib. Tadiç penaltini dəqqi yerinə yetirib - 0:2.
İkinci hissədə isə qapılara qol vurulmayıb və beləliklə, "Fənərbağça" səfərdə 2:0 hesabı ilə qalib gəlib.
Fərid
MİA.AZ