Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu çərçivəsndə "Qarabağ" İsveçdə "Hakken" komandası ilə üz-üzə gəlib.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da start götürən oyun 70-ci dəqiqəsində "Qarabağ" hesabı açıb - 0:1.
Oyun bu hesabla başa çatıb.
Xatırladaq ki, qrupda digər oyun "Bayer 04"lə "Molde" arasında gedir. Bu oyunda almanlar səfərdə 2-0 hesabı ilə öndədir. "Molde" 87-ci dəqiqədə fərqi azaltsa da, bundan artığına gücü yetməyib. Oyun 1-2 hesabı ilə bitib.
Bununla da "Qarabağ" bə "Bayer" hərəyə 6 xal toplamaqla 1 və 2-ci pillələri bölüşürlər.
Fərid Aslan
MİA.AZ