Avqustun 6-dan kommersiya və mülki uçuşlara qapalı olan Nigerdə hava məkanı yenidən açılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Niger Nəqliyyat Nazirliyindən verilən açıqlamaya görə, ölkənin hava sahəsi bütün beynəlxalq və daxili uçuşlara açıqdır: "Ancaq hava məkanımız hərbi və şəxsi təyyarələrə uçuşlar qadağandır".
Xatırladaq ki, Nigerdə prezident Məhəmməd Bazum iyulun 26-da Prezident Mühafizə Alayı tərəfindən devrilib.
Lamiyə ƏHMƏDLİ
MİA.AZ