UEFA AVRO-2032-nin birgə təşkili ilə bağlı Türkiyə və İtaliyanın müraciətini qəbul edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, UEFA İcraiyyə Komitəsi bu turnirlə bağlı yekun qərarını oktyabrın 10-da açıqlayacaq.
Bununla belə, ali futbol qurumu AVRO-2028-ə İngiltərə, Şotlandiya, Uels və İrlandiyanın ev sahibliyi edəcəyini bəyan edib.
Beləliklə, AVRO-2028-in keçiriləcəyi stadionlar aşağıdakılardır:
Uembli-London, İngiltərə
Uels-Kardiff Milli Stadionu, Uels
Hampden Park-Qlazqo, Şotlandiya
Tottenham Stadium-London, İngiltərə
Etihad Stadionu - Mançester, İngiltərə
Yeni Everton Stadionu-Liverpul, İngiltərə
St. James' Park-Nyukasl, İngiltərə
Villa Park-Birmingem, İngiltərə
Casement Park-Belfast, İrlandiya
Fərid Aslan
MİA.AZ