Polis Nigeriyanın Delta əyalətində homoseksualların toyunu dağıdıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  hoteldə keçirilən toydan xəbər tutan polis qüvvələri dərhal əməliyyata başlayıb.

Məlumata görə, əməliyyatla 200-dən çox adam saxlanılıb. 

Ştat polisinin sözçüsü Bright Edafe bildirib ki, ölkədə homoseksuallığa heç vaxt yol verilməyəcək.

Xatırladaq ki, homoseksuallığın qadağan olduğu Nigeriyada bu tiplər və onlara dəstək olanlara 10 il həbs cəzası verilir.

Tahir

MİA.AZ