"Real Madrid" bir gün rəsmi oyuna çıxmayan Arda Gülərə 1.2 milyon avro ödəniş edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İspaniyanın "Capology by Soymadridista" nəşri yazıb.
Nəşr qeyd edib ki, Arda Gülərin həftəlik maaşı 100 min avrodur: "12 həftədir komandada olan və zədə səbəbindən heç bir rəsmi oyunda meydanda olmayan Gülər üçün klub indiyədək 1,2 milyon avro ödəyib".
Məlumatda o da deyilir ki, Arda Gülərin hazırkı zədəsi təxminən 1 ay davam edəcək: "O, ən tezi oktyabrın 20-də meydana dönə biləcək"
Fərid
MİA.AZ