Trendyol 1-ci Liqasının 7-ci həftəsində Tuncay Şanlının baş məşqçisi olduğu "Sakaryaspor"la Arda Turanın çalışdırdığı "Eyüpspor" üz-üzə gəliblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun Tuncay Şanlının komandasının xeyrinə başa çatıb - 2:0.
Bununla da da Arda Turanın komandasnın 6 oyunluq qələbə seriyasına son verilib. Tuncay Şanlı isə komandanın sükanı arxasına keçəndən bəri ilk qələbəsini qazanıb.
Oyuna gəldikdə isə Tuncay Şanlının baş məşqçisi olduğu “Sakaryaspor”un qollarını 46 və 56-cı dəqiqələrdə Kabonqo Kasonqo vurub.
“Eyüpspor”da Caner Erkin isə 84-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan sovulub.
Fərid
MİA.AZ