UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Adana Dəmirspor” səfərdə Belçikanın “Genk”lə qarşılaşıb.
Mia.az TRT Spor-a istinadla xəbər verir ki, oyun meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Yüksək templə keçən görüşün ilk hissəsində qol səsi eşidilməyib - 0:0.
47-ci dəqiqədə Ndiayenin ötürməsi ilə topu tora göndərən Emre Akbaba "Adana Dəmirspor"u 1-0 önə keçirib.
"Genk" 77-ci dəqiqədə Arokodarenin vurduğu qolla hesabı rtarazlaşdırıb - 1-1.
Qoldan sonra hücumlarını daha da artıran və oyunu rəqib qapısına sürükləyən "Genk" 90+3-də qəlıəbə qolununu vurub - 2:1.
Bu komandalar arasında cavab oyunu avqustun 31-də Türkiyədə keçiriləcək.
Fərid
MİA.AZ