İngiltərə Premyer Liqasının son çempionu "Mançester Siti"nin "Şeffild Yunayted"i 2:1 hesabı ilə məğlub eTtdiyi oyunda kuryoz hadisə yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində penaltini qaçıran Haalandın 63-cü dəqiqədə vurduğu qoldan sonra bir azarkeş meydançaya - Haalandı kürəyinə atılıb.
Mühafizəçilərin müdaxilə edərək meydandan uzaqlaşdırdığı azarkeşin isə boks üzrə keçmiş dünya çempionu Terri Flanaqan olduğu aydınlaşıb.
"Daily Mail-"n xəbərinə görə, 2015-2017-ci illər arasında WBO dünya çempionu olan Flanaqan 4 dəfə qızıl kəməri qorumağı bacarıb.
34 yaşlı sabiq boksçu 2018-ci ildə aktiv idmanla vidalaşb.
Fərid
MİA.AZ