Bu gün Türkiyə super liqasının ilk həftəsində "Fənərbağça" evində "Qaziantep"i qəbul edib.
Mia.az xəbər verir ki, oyunun 3-cü dəqiqəsində "Fənərbağça"lı Edin Dzeko hesabı açıb. Bu qoldan 15 dəqiqə sonrra o, daha bir qola imza atıb - 2:0.
23-cü dəqiqədə isə "Qaziantep" ikinci sarı kartla meydandan qovulub.
Buna baxmayaraq, qonaq komanda 45+5-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb - 2:1.
Lakin ikinci hissədə hər iki komandanın qol fürsəti olsa da, bundan yararlana bilməyiblər.
Beləliklə, matç bu hesabla başa çatıb - 2:1.
Bu oyunla eyni vaxtda "Adana Demirspor" "Rizespor"u 2:1 hesabı ilə məğlub eləyib.
Fərid
MİA.AZ