"Fənərbağça"dan Cengiz Ünderin transferini xoş sonluqla bitirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, artıq futbolçu və onun çıxış elədiyi "Marsel" klubu ilə razılıq əldə olunub: "Klub bu transfer üçün "Marsel"ə 4 dəfəyə hissə-hissə ödənilməklə 15 milyon transfer haqqı, 4 il müddətinə müqavilə imzalayacağı Cengiz Ünderə isə 2,5 milyon avro illik maaş ödəyəcək".
Xatırladaq ki, "Marsel"lə 2025-ci ilə qədər müqaviləsi olan Cengiz Ünder Fransa komandasında 93 matçda 18 qol vurub, 12 məhsuldar ötürmə verib.
Onu da qeyd edək ki, Çengiz bu transferlər "Fənərbağça" tarixinin nın ən bahalı transferi olub.
Klubun ona qədər ən bahalı transferlərini ardıcıllığı belə olub:
- 15 milyon euro-Cengiz Ünder
- 14 milyon euro-Daniel Guiza
- 13 milyon euro-Emmanuel Emenike
- 10 milyon euro-Raul Meireles
- 10 milyon euro-Moussa Sow
Fərid
MİA.AZ