"Fənərbağça" 2003-cü il təvəllüdlü misirli müdafiəçi Ömər Fayedlə transfer danışıqlarına başlayıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, misirli Fayed transfer danışıqları üçün İstanbula dəvət olunub.

Məlumatda o da deyilir ki, 20 yaşlı Ömər Fayedin bazar qiyməti 500 min avrodur.

Fərid

MİA.AZ