2024-cü ilin iyununda müqaviləsi başa çatacaq Migel Krespo "Fənərbağça"nın yeni təklifini qəbul etməyib. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Migel Krespo "Fənərbağça"nın illlik 1,2 milyon avroluq maaş təklifinə yox deyib: "Krespo illik 2 milyon avro maaş istəyib. Bunu duyanklup prezidenti Ali Koç Krespoya və menecerinə "Özünə klub tap" cavabını verib".

Məlumata görə, "Fənərbağça" "Estoril"dən 1,5 milyon avroya transfer etdiyi Krespoya qiymət də qoyub: "10 milyon avro".

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən mövsüm 62 rəsmi oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ