Azərbaycan Kubokunda 2023/2024 mövsümünün təqvimi açıqlandı.
Mia.az xəbər evrir ki, kubokun 1/4 final görüşləri 2024-cü ilin yanvar-fevral aylarına təsadüf edəcək. Apreldə isə yarımfinalın həm ilk, həm də cavab qarşılaşmaları təşkil olunacaq.
Azərbaycan Kubokunun final matçı iyunun 2-də gerçəkləşəcək və bununla mövsüm başa çatacaq.
Azərbaycan Kuboku
18-19 noyabr: I təsnifat mərhələsi
28-30 noyabr: II təsnifat mərhələsi
19-20 dekabr: 1/8 final
30-31 yanvar 2024-cü il: 1/4 final, ilk oyunlar
6-7 fevral: 1/4 final, cavab oyunları
2 aprel: yarımfinal, ilk oyunlar
23 aprel: yarımfinal, cavab oyunları
2 iyun: Final
Qeyd edək ki, Azərbaycanda 2023/2024 mövsümünə avqustun 4-6-da keçiriləcək Premyer Liqanın I tur oyunları ilə start veriləcək.