Türkiyə Futbol fFederasiyası (TFF) Super Liqada yeni mövsümdə aşağı liqaya düşəcək komandaların sayını açıqlayıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, TFF-nin qərarına əsasən, yeni mövsümdə aşağı liqaya 4 komanda göndəriləcək: "20 komandanın mübarizə aparacağı mövsümdə son 4 yeri tutan komandalar aşağı liqaya yuvarlanacaq".
Xatırladaq ki, ötən mövsüm zəlzələ fəlakəti səbəbindən 2 komanda aşağı liqaya göndərilmişdi.
Fərid
MİA.AZ