"Fənərbağça"nın Moskva "Dinamo"sundan 9 milyon 750 min avroya satın aldığı Sebastyan Şimanski FB TV-yə danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, polyak oyunçu İstanbula gəldiyi üçün özünü rahat hiss etdiyini deyib: "Mən təbiətən savaşan, hirsli və iddialı futbolçuyam. Mən özümü 10 və 8 nömrəli mövqelərdə daha rahat hiss edirəm, əlbəttə. Amma cinahlarda da oynamaq mənim üçün problem deyil. Türkiyənin ən böyük klubuna gəldiyim üçün qürur duyuram".
Fərid
MİA.AZ