"Qalatasaray"ın PSJ anlaşdığı argentinalı hücumçu Mauro İkardinin iyulun 13-də İstanbula gəlir.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Qalatasaray" həmin günü onunla 3+1 illik müqavilə imzalayacaq.
Məlumata görə, "Qalatasaray" Mauro İkardinin transferi üçün PSJ-yə 10 milyon avro ödəyəcək: "Futbolçunun özünə də hər il üçün sabit maaş - 10 milyon avro veriləcək".
Xatırladaq ki, Mauro İkardi "Qalatasaray"ın heyətində ötən mövsüm 26 oyuna çıxıb. 30 yaşlı hücumçu bu matçlarda 23 qol vurub, 8 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ