"Beşiktaş" "Udineze" ilə müqaviləsi başa çatan Roberto Pereyra "əl sıxışıb".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Beşiktaş" bir neçə günə İstanbula gələcək Roberto Pereyra ilə 2+1 illik müqavilə imzalayacaq.

Xəbərdə anlaşmanın detallarına yer verilməyiub.

Bildirilib ki, 32 yaşlı futbolçu ötən mövsüm "Udineze"nin heyətində 36 oyunda 5 qol vurub, 9 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ