"Fənərbağça" ötən mövsüm "Ümraniyespor"da 17 qol vuran 30 yaşlı hücumçu Umut Nayiri heyətinə qatıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Bildirilib ki, Umut Nayirlə 2+1 illik müqaviləyə imzalanıb.
Türkiyə millisinin də hücumçusu olan futbolçu klub televiziyasına deyib ki, İstanbul klubuna transferində çox şadddır: “Gözləntiləri aşmaq üçün sona qədər mübarizə aparacağam”.
Fərid
MİA.AZ