Bu gün "Real Madrid"lə 6 illik müqavilə imzalayan Arda Gülər mətbuat konfransında sualları cavabandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ispan jurnalistin sualına türk oyunçunun verdiyi cavab dünya mediasının manşetinə çevrilib.
Belə ki, ispaniyalı jurnalist ""Barselona" da səni istəyirdi. Niyə" Real Madrid"i seçdin?" sualına Arda belə cavab verib: "Əgər "Real Madrid" səni çağırırsa, ondan imtina edə bilməzsiniz. "Real Madrid"də oynamaq mənim üçün çox önəmlidir. Başqa variantları düşünmürəm".
Fərid
MİA.AZ