Deputatlığa namizədlər MSK-nın qarşısında - 120 saylı dairə ilə bağlı 16 tələb qaldırıldı + FOTO
CƏMİYYƏT
18.02.2020, 19:31
Bu gün 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən qeydə alınmış namizədlərdən Piriyev Şaiq Sədi oğlu, Məmmədov Sarı Atlıxan oğlu, Maqsudov Qafqaz Səfər oğlu, Məmmədov Zaur Əhməd oğlu, Həmzəyev Yaqub İbə oğlu, Abbasov Əhliman Yaşasif oğlu və Əhmədov Nail Əli oğlu Mərkəzi Seçki Komissiyasının (MSK) binasının qarşısında dinc askiya keçiriblər.
Mia.az xəbər verir ki, namizədlərin tələbi bu dairədən elan olunmuş seçki nəticələrinin ləğv edilməsidir. Namizədlər aksiya zamanı narazılıqlarını bildirib və 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər zamanı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 52-dən çox məntəqəsində seçkinin nəticələrinə təsir edəcək aşağıda qeyd olunan ciddi qanun pozuntuları baş verdiyini bildiriblər:
1. Bülletenlər sayılmadan seçki prosesinə başlanılıb.
2. Səsverməgünü saat 19:00 dan sonra məntəqə sədrlərinin təkilatçılığı ilə ümümilikdə 52 məntəqədə 4430 bulleten saxta yolla qutulara əlavə edilmişdir.(Bu ciddi faktı 200-ə yaxın müşahidəçinin şahidliyi, aktları və digər müşahidə üsulları video, audio vəs. ilə subut olunur)
3. Müxtəlif şəxslər tərəfindən dəstə-dəstə bülletenlər qutuya atılıb.
4. "Karusel" üsulu ilə saxta seçicilər səs veriblər.
5. Seçki nəticələrinin sayılmasında müşahidələrin aparılması lazımi qaydada təmin edilməyib.
6. Səslərin sayılması zamanı məntəqə üzvləri tərəfindən gizlədilmiş bülletenlər ciblərindən və ya paltarlarının altından çıxarılaraq qutudan çıxarılan bülletenlərə qatışdırılıb.
7. Səsvermənin başlanması və səslərin sayılması zamanı planlı şəkildə elektrik təchizatı qısa müddətə dayandırılıb və qısa müddət sonra bərpa olunan zaman sayılmaq üçün stolların üstünə tökülən bülletenlərin sayı çoxaldılıb.
8. Dəstə-dəstə kəsilmiş bülletenlər aşkarlanıb.
9. Səslərin sayılması zamanı bir namizədin səsləri başqa namizədin xeyirinə sayılıb.
10. Məntəqə üzvləri tərəfindən gizlədilmiş dəstə-dəstə bülletenlər sayılacaq bülletenlərə qarışdırılıb.
11. Seçki kabinələrinə eyni zamanda bir neçə şəxs daxil olub.
12. Müşahidəçilərin fəaliyyətinə əksər məntəqələrdə həm məntəqə üzvləri həm də kənar şəxslər tərəfindən ciddi maneçilik törədilmiş, hətta bəzi məntəqələrdə səslər onların yanında sayılmamışdır. Kənar şəxslərin müşahidəçilərə fiziki və psixoloji təzyiqinin aradan qaldırılması üçün məntəqə sədri və üzvləri qanunvericiliyə uyğun müvafiq tədbir görməmiş və onları bu işə daha da təhrik edib.
13. Dairə üzrə əhəmiyyətli sayda seçicilər qeyri müəyyən səbəbdən faktiki yaşadığı ünvana yaxın seçki məntəqəsində yox, onların faktiki yaşadığı ünvandan uzaqda olan məntəqədə qeydiyyatına salınmışdır(hətta bir ailənin üzvləri uzaqda yerləşən müxtəlif məntəqələrə salınıb).
14. Protokollar səsvermədən dərhal sonra bülletenlər tam sayılmadan tərtib edilib.
15. Seçki günü qanunvericiliyə zidd olaraq məntəqənin yerləşdiyi binalarda və yaxın ərazilərdə namizədlərdən birinin xeyrinə təbliğat prosesi aparılmış,seçicilərin öz iradələrinə uyğun seçim hüququnu müstəqil şəkildə həyata keçirilməsinə əngəl törədilib.
16. Digər pozuntular (daşınan qutu ilə bağlı qaydaların pozulması, mətəqələrdə seçicilərin xüsusi şəxslər tərəfindən yönəldilməsi, müşahidəçilərə müvafiq şəraitin yaradılmaması, onlar tərəfindən qeydə alınmış pozuntuların və sübutların əllərindən alınaraq silinməsi, fiziki təsir və s.) baş verib.
Namizədlər MSK qarşısında olan ilk dinc aksiyada öz bəyanatlarını səsləndirdikdən sonra dağılışıblar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Tramp komandaslını yoplayır – İranla bağlı qərar veriləcək
Bugün, 00:14 GÜNDƏM
-
ABŞ İranın təklifinə belə cavab verdi: "Əmin olmalıyıq" - "Düşünürəm ki, iranlılar..."
Bugün, 00:09 GÜNDƏM
-
Çinin bir şəhəri su altında qaldı – FOTOLAR
Bugün, 00:03 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 GÜNDƏM
-
Məzahir Pənahov, müavinlər, katiblər və üzvlər nə qədər maaş alır? - MSK-da əmək haqqları 9 min manatdan başlayır
27.04.2026, 23:36 SİYASƏT
-
“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…” - "Xalq artistləri olub ki, dalına bir təpik vurublar"
27.04.2026, 23:28 MƏDƏNİYYƏT
-
“Fənərbaxça”nın baş məşqçisi istefaya göndərildi - AÇIQLAMA
27.04.2026, 23:14 İDMAN
-
“Azercell” milli rəqəmsal ekosistemin gücləndirilməsinə strateji töhfəsini davam etdirir
27.04.2026, 20:57 İQTİSADİYYAT
-
Sabah bu yollar bağlanacaq
27.04.2026, 20:47 GÜNDƏM
-
Pakistan Əfqanıstana zərbələr endirdi
27.04.2026, 20:28 DÜNYA
-
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - Prezident və Baş nazirdən birgə mesajlar + FOTOLAR (YENİLƏNİB)
27.04.2026, 19:23 GÜNDƏM
-
İsmayılovun biri getdi, digəri gəldi - Nazir həbsxana rəisləri barədə əmr imzaladı
27.04.2026, 18:56 GÜNDƏM
-
Türkiyə Quru Qoşunları komandanı Bakıya gəlib
27.04.2026, 18:27 GÜNDƏM
-
Hakan Çalhanoğlu DÇ-2026-ya gedə biləcəkmi?
27.04.2026, 18:03 İDMAN
-
Nazir, komitə sədri və... - Onların qəbul günləri + CƏDVƏL
27.04.2026, 17:58 GÜNDƏM
-
Nazirlər Kabineti Aİ-92 benzin və dizel yanacağı barədə yeni qərar verdi
27.04.2026, 17:58 İQTİSADİYYAT
-
Putin XİN başçısı ilə görüşdə elə mesaj verdi ki… - “Rusiya regiondakı digər ölkələrin maraqlarına uyğun hər şeyi edəcək” (FOTOLAR)
27.04.2026, 17:42 GÜNDƏM
-
Türkiyədə ard-arda zəlzələlər oldu
27.04.2026, 17:36 GÜNDƏM
-
"Həzi Aslanov" stansiyasının divarı yararsız vəziyyətə düşüb - FOTOLAR
27.04.2026, 17:15 GÜNDƏM
-
Çexiyanın Baş naziri Azərbaycanda - Prezidentlə görüş oldu + FOTOLAR (Yenilənib)
27.04.2026, 17:07 GÜNDƏM
-
Məşhur müğənni: “Xain oğlu, xainsən!”
27.04.2026, 17:03 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
27.04.2026, 17:00 İQTİSADİYYAT
-
Məşhur qəssabın qardaşı tutuldu – Fahişə biznesinə görə
27.04.2026, 16:53 KRİMİNAL
-
Dolu düşəcək - Daha bir xəbərdarlıq
27.04.2026, 16:45 GÜNDƏM
-
Livan prezidenti İran və “Hizbullah”a qapıları bağladı: “Bu, savaş bizim deyil..."
27.04.2026, 16:33 DÜNYA
-
İsrail Livana hava hücumları başladıb
27.04.2026, 16:26 DÜNYA
-
ONLAR MSK ÜZVLƏRİ, MƏZAHİR PƏNAHOV İSƏ SƏDR SEÇİLDİ - YENİLƏNİB
27.04.2026, 16:17 SİYASƏT
-
ETN-də dəyişiklik - Qrup rəhbəri vəzifədən azad edildi
27.04.2026, 16:16 SİYASƏT
-
70 kq qızılla saxlanılan hərbi attaşeyə hökm oxundu - 6 il
27.04.2026, 16:09 KRİMİNAL
-
Nazirlikdən hava ilə bağlı - Xəbərdarlıq
27.04.2026, 16:01 GÜNDƏM
-
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
27.04.2026, 15:54 İQTİSADİYYAT
-
Prezidentin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib - Qəbələdə + FOTOLAR
27.04.2026, 15:47 GÜNDƏM
-
BORC MİRASI... - Ali Məhkəmə daha bir mübahisəli vəziyyətlə bağlı vahid qərar verdi
27.04.2026, 14:49 KRİMİNAL
-
Milyonların sükutu və ya milyonlar hara gedir?
27.04.2026, 14:43 CƏMİYYƏT