İcra başçısı Mikayıl Müşfiqin abidəsini əvvəl düşmən abidəsi kimi aşırtdırdı, daha sonra isə... - VİDEO

02-10-2019 [14:52]
Bakı şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) Müşfiq qəsəbəsində şair Mikayıl Müşfiqin abidəsi aşırdılıb.

Rayon İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində təqribən 30 il bundan əvvəl beton pyedestal üzərində gipsdən qoyulmuş büst yararsız vəziyyətə düşdüyünə, müasir tələblərə cavab vermədiyinə, üz cizgilərinin şairin görünüşünü ifadə etmədiyinə görə onun əvəzinə yeni abidənin hazırlanıb qoyulması Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən qərara alınıb:

"Məlumat üçün bildiririk ki, hər dəfə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsində keçirdiyi səyyar görüşlərdə qəsəbə sakinləri müraciət edərək abidənin Mikayıl Müşfiqin adına layiq olmadığını və dəyişdirilməsini xahiş etmişlər.

Abidənin yenisi ilə əvəz olunması barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə müraciət olunmuş və müsbət cavab alınmışdır.

Qaradağ Rayon İcra Hakimiyyətinin sifarişi ilə abidə hazırlanmışdır. Sentyabr ayının 30-da ağ mərmərdən yonulmuş müasir tələblərə cavab verən büst qırmızı mərmərlə üzlənmiş pyedestal üstünə qoyulmuşdur.

Eyni zamanda Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən abidənin ətrafında genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılmaqdadır. Yararsız vəziyyətdə olan əvvəlki abidə isə götürülmüşdür.

Yaxın günlərdə yeni qoyulmuş abidənin açılış mərasimi keçiriləcək".

Xatırladaq ki, Mikayıl Müşfiqin daha bir abidəsinin söküntüyə məruz qalması haqda tanınmış musiqiçi və pedaqoq Abbasqulu Nəcəfzadənin bu barədə video paylaşıb. 

Onun sözlərinə görə, söküntüyə məruz qalan abidə Bakının Müşfiqabad qəsəbəsindədir. Paylaşıma şərh yazanlar abidənin bu şəkildə götürülməsinin şairin ruhuna hörmətsizlik olduğunu yazıblar:

"Hətta bu abidəni yenisi ilə əvəz etsələr də, belə olmamalı idi. Bu büstü məktəblərdən birinə hədiyyə etmək olardı".

Qeyd edək ki, 2017-ci ildə oxşar hadisəyə görə 3 nəfər cəzalandırılmışdı. 





SON XƏBƏRLƏR