Ali məktəblərə sənəd qəbulu davam edir

img

26-03-2019 [15:14]


2019-2020-ci tədris ili üçün ali məktəblərə sənəd qəbulunun başlamasından 11 gün keçib.

Mia.az xəbər verir ki, bu günə qədər I-II-III-IV ixtisas qrupları üzrə 20663 nəfər qeydiyyatdan keçib. Ən çox abituriyent I qrupda - 8054 və III qrupdadır - 6623 nəfər. Ən az abituriyentin elektron ərizə təqdim etdiyi qrup IV qrupdur – 1603 nəfər. II qrupdan ali məktəbə qəbul olmaq üçün elektron ərizə təqdim edənlərin sayı isə 4383 nəfərdir. V qrup üzrə qeydiyyatdan keçənlərin sayı isə 12358 nəfərdir. XI sinifdən kolleclərə qəbul olmaq üçün qeydiyyatdan keçənlərin sayı 13200 nəfərdir.

Ərizə qəbulunun başladığı 11 gün ərzində ümumi elektron ərizə təqdim edənlərin sayı 23372 nəfərdir.

Qeyd edək ki, sənəd qəbulu aprelin 15-nə qədər davam edəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR