SOCAR-dan vitse-prezidentin istintaqa cəlb edilməsi ilə bağlı xəbərə - Reaksiya

img

11-01-2017 [19:39]


SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

SOCAR-ın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, yayılan məlumat tamamilə əsassızdır:

"Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib”.

Qeyd olunur ki, həqiqətə uyğun olmayan məlumat yayanlar "Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR