"Yoxsa, o da “vorovskoy” aləmin əsirinə çevrilib?" - "Lotu Quli"nin vəkilinin açıqlamasına reaksiyalar
CƏMİYYƏT
23.08.2016, 11:53
Ortada çox ciddi bir problem var. Rövşən Lənkəranskinin ölümünə medianın göstərdiyi diqqəti başa düşdük. Əlbəttə, o, beynəlxalq səviyyəli avtoritet idi. Burada yox, hansısa başqa ölkədə yaşasaydı da, reaksiya anoloji olacaqdı.
Ancaq bu, heç də o anlama gəlmir ki, cəmiyyətin bütün qolları kriminal aləmin əsirinə çevrilməlidir. Hüquq qarşısında cavabdehlik daşıyan bəzi adamlar belə, açıq-açığına kriminal aləmin təəssübkeşi qismində çıxış edir, hətta "vorvskoy” razborkalar, "oğru” titulunun kimdən alınıb, kimə verilməsi barədə mediaya çəkinmədən açıqlamalar verir. Maraqlıdır ki, əlaqədar qurumlar bunu normal şəkildə həzm edir və heç bir qanuni tədbir görmür.
Görün, vəziyyət nə yerə çatıb ki, "oğru” titulunu daşıyan Quli ləqəbli Nadir Səlifovun Təranə Əliyeva adlı vəkili heç nədən çəkinmədən "oğru” dünyasının təbliğatı ilə məşğul olur. Həmin aləmdə yaşanan problemlərlə bağlı mətbuta açıqlamalar verir. Bu mövzuya bir dəfə də toxunmuşduq. Təranə xanım bu açıqlamaları Qulinin adından verirsə belə, düz etmir. Çünki "oğruların” yaşadığı ideyaya görə, heç bir "oğru” hətta kimnisə vasitəsilə belə mediaya açıqlama verə bilməz. Bu onların yaşam tərzinə ziddir. Ortaya məntiqi sual çıxır: Quli bunun məsuliyyətini bilə-bilə belə hərəkətə yol verərmi?
Yox, əgər bu, vəkilin özfəaliyyətidirsə, onda burda hüquqi məsuliyyətdən söhbət gedə bilər. Məntiqlə hər iki hal vəkilin "oğru” dünyasında baş verənlərlə bağlı mediaya açıqlama verməsini qadağan edir.

AZƏR TAĞIYEV
Yəqin ki, Qulinin var- dövləti və ya onda olan başqa bir cazibə qüvvəsi vəkilləri onun yolunda hətta qanunsuzluqlar etməyə belə vadar edir. Bir müddət əvvəl, Kamandar Nəsibov adlı bir vəkili Quliyə telefon keçirərkən həbsaxananın qapısında saxlanılaraq məsuliyyətə cəlb olundu.
Maraqlıdır ki, bu biabırçılıqdan sonra, həmin adam hələ də vəkillik fəaliyyətilə məşğul olur.
İndi də, onun Təranə Əliyeva adlı xanım vəkili hər gün Qulinin yanına gedib gələndən sonra, mediaya "vorovskoy”dan dərs keçir.
Maraqlıdır, Vəkillər Kollegiaysının sədri Azər Tağıyev hara baxır? Yoxsa, o da "vorovskoy” aləmin əsirinə çevrilib? Belə olmasaydı yəqin ki, Kamndar Nəsibov və Təranə Əliyeva barədə lazımi ölçü götürərdi.
Gəlin, Təranə Əliyevanın Cebhe.info saytına verdiyi müsahibə ilə tanış olaq.
"Namik Səlifovun "oğru” statusundan məhrum edilməsi barədə xəbər həqiqətəuyğundurmu?”sualını cavablandıran Nadir Səlifovun vəkili Təranə Əliyeva bu xəbərlərin reytinq xatirinə gündəmə gətirildiyini vurğulayıb:
"Bir müddət əvvəl bu barədə məlumatlar mediada yayılmışdı. Yenidən bu məsələnin gündəmə gətirilməsi anlaşılan deyil. Bu məsələ bir il yarımın söhbətidir. Sonradan bu haqda mətbuatda təkzib də verilmişdi. Əslində mən vəkil olaraq belə məsələlərə qarışmıram. Amma onu deyə bilərəm ki, "qanuni oğrular”ın elə bir yığıncağı olmayıb. Namik Səlifovun "oğru” titulunun alınması söhbəti ümumiyyətlə olmayıb. Bu, yeni bir söhbət deyil. O vaxt da bu xəbərlər yayılanda məndən soruşdular, mən də bildirdim ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Mənə elə gəlir ki, indi "Şakro”nun öz problemləri var, həbsdədir, barəsində istintaq aparılır. Yəni, heç bir "sxodka” olmayıb. Namik Səlifovun adı isə heç vaxt bu məsələdə müzakirə olunmayıb. Yenə deyirəm, mən bu məsələlərə qarışmıram, sadəcə bildiyimə görə, bu, köhnə söhbətdi və belə bir şey yoxdur”.
Vəkilin sözlərinə görə, məsələnin yenidən gündəmə gətirilməsi vəziyyətin gərginləşdirilməsi cəhdindən xəbər verir:
"Bunlar nəsə daşaltı söhbətlərdir. Gərək ki, bu məlumatların yenidən yayılması boş deyil. Burada hansısa məqamlar var. Bəlkə kimisə nəyəsə qarışdırmaq istəyirlər. Məncə reytinq xatirinə yalan, əsassız informasiyalar verirlər Belə bir şey yoxdur. Həm də bir daha vurğulayıram ki, "Şakro” həbsdədir, istintaqı gedir. "Sxodka” necə ola bilər?”.

ŞƏMSƏDDİN ƏLİYEV
Tanınmış hüquqşunas, istefada olan polkovnik Şəmsəddin Əliyev Azinforum.az-a açıqlamasında bildirdi ki, Azərbaycan hüquq-mühafizə orqanlarının kriminal qarşı apardığı mübarizənin kökündə duran vacib məsələlərdən biri də, həmin ideyanın yayılmasının qarşısını almaqdır:
"Azərbaycanın bütün məcəllələrində kriminal aləmin təbliği qadağan olunur. Hansısa vəkil buna məhəl qoymursa, deməli qanunları pozmuş olur. Vəkillərin fəaliyyəti eyni zamanada, onların peşə kodeksi ilə tənzimlənir. "Oğru” dünyasının sözçülüyünü üzərinə götürüən vəkil barəsində dərhal ciddi tədbir görülməlidir. Çünki bu cür fəaliyyət qanunaziddir. Əks halda, bunun bizim gənclərimizin tərbiyyəsinə pis təsiri ola bilər”.

MEHMAN MURADLI
Digər hüquqşunas Mehman Muradlı da Azinforum.az-a açıqlamasında bildirdi ki, belə halların qarşısı mütləq alınmalıdır:
"Bəzi vəkillər özlərini Polad Alemdar hesab edir. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində açıqlama verə bilər. Hansısa kriminal avtoritetin vəkili olmaq, heç də o anlama gəlmir ki, həmin hüquqşunas "razborkalar” və ya kiməsə titulun verilib və ya geri alınmasından danışmalıdır. Mənə elə gəlir ki, bununla bağlı həmin vəkil barəsində ciddi ölçü götürülməlidir”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Hərbi xidmətə yollanan bəzi şəxslərə üçaylıq məvacib həcmində müavinət veriləcək
Bugün, 19:46 CƏMİYYƏT
-
“Azercell”in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2026” uğurla baş tutdu - FOTOLAR
Bugün, 18:48 İDMAN
-
Novxanıda qətl törədilib
Bugün, 18:03 KRİMİNAL
-
Türkiyədə MSK-yə yeni sədr seçildi
Bugün, 17:49 DÜNYA
-
Qumral Musayeva: “Biədəb nə etmişik ki, efirlərə çağırılmırıq?"
Bugün, 17:47 ŞOU-BİZNES
-
Almaniyada faşist qruplara qarşı əməliyyat: Polis 50 evə basqın edib
Bugün, 17:33 DÜNYA
-
6 il sonra səhnəyə hazırlaşan müğənni… Cəmi 40 dəqiqəyə bütün biletlər satıldı, "qara bazar"da qiymət 3 min manatı keçdi
Bugün, 17:26 ŞOU-BİZNES
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Bugün, 17:15 GÜNDƏM
-
Mövlud Çavuşoğlunun qardaşı ofisində güllələndi - "Vəziyyəti ağırdır" - Ceyhun Bayramov sabiq nazirə zəng etdi (Yenilənib)
Bugün, 17:05 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
“Axios” ABŞ-la İrana arasında anlaşmanın an məsələsi olduğunu yazır: “Bir səhifəlik müqavilə hazırlanıb”
Bugün, 16:57 GÜNDƏM
-
İcra məmurlarının tələbi borclunun sərvətinə yönəltməsi haqda dəyişiklik təsdiqləndi - DETALLAR
Bugün, 16:47 GÜNDƏM
-
Süni intellektlə qanunsuz materialların hazırlanması, yayılması... - Yeni cəzalar təsdiqləndi
Bugün, 16:42 GÜNDƏM
-
Prezident İlham Əliyev təsdiqlədi - "Yol hərəkəti haqqında" qanun dəyişdi
Bugün, 16:34 GÜNDƏM
-
"Bavariya" və "İnter” “Qalatasaray”ın qolkiperini istəyir – İstanbul klubu isə…
Bugün, 16:26 İDMAN
-
"Sumqayıt" klub prezidenti cəzalandırılıb
Bugün, 16:09 İDMAN
-
GENERALIN OĞLU VƏZİFƏDƏN ÇIXARILDI - Yeni sədrdən daha bir dəyişiklik
Bugün, 16:03 CƏMİYYƏT
-
Trampdan Tehrana açıq xəbərdarlıq: “Əgər şərtləri qəbul edərsə…”
Bugün, 15:56 GÜNDƏM
-
Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı - QƏRAR
Bugün, 15:43 GÜNDƏM
-
Yeni rektor kollektivə təqdim olundu - FOTOLAR
Bugün, 15:38 GÜNDƏM
-
Şimali Koreya Konstitusiyasında dəyişiklik – Kim Çen Ina mütləq səlahiyyət verilib
Bugün, 15:20 DÜNYA
-
Kaya Kallasın Bakı səfəri... - TƏHLİL
Bugün, 15:14 SİYASƏT
-
"Halbuki ikisi də türk mənşəlidir" - Siyavuş Novruzov
Bugün, 15:08 CƏMİYYƏT
-
Naxçıvanda Tiktok-da əxlaqsızlığı təbliğ edənlər saxlanıldı
Bugün, 15:01 PRESS
-
İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medal təqdim edilib
Bugün, 14:50 İQTİSADİYYAT
-
Harada "Norm" sementi varsa... - Beton bərkimir, çəki az, qiymət baha, qablaşdırma keyfiyyətsizdir
Bugün, 14:31 İQTİSADİYYAT
-
Azərbaycan Beynəlxalq Bankının vəzifəli şəxsi qadın müştəriyə "sataşıb"? - Telefon zəngi, şam yeməyinə dəvət və...
Bugün, 14:25 KRİMİNAL
-
Çin və İran XİN başçıları bir araya gəldi: “Sizin nüvə haqqınız var”
Bugün, 14:12 DÜNYA
-
Bakıda həbsxanada qətl: məhkum kamera yoldaşını öldürdü
Bugün, 14:03 KRİMİNAL
-
Gənc Qazilər Birliyinin sədrinə hökm oxundu - 2il 6 ay
Bugün, 13:38 SİYASƏT
-
Mərkəzi Bankdan “Bakıkart”la bağlı iddialara reaksiya: "Əsassız vəsait çıxılıbsa… "
Bugün, 13:28 İQTİSADİYYAT
-
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, daha sonra... - QALMAQAL
Bugün, 13:24 İQTİSADİYYAT
-
Erməni spiker: "Azərbaycana səfər etməyə hazıram"
Bugün, 13:19 SİYASƏT
-
Mərkəzi Bank sədrindən “Yelo Bank”a qoyulan sanksiya ilə bağlı açıqlama: "Ödənişlərdə hansısa çətinliklər ola bilər"
Bugün, 13:14 İQTİSADİYYAT