“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
İDMAN
16.02.2026, 18:55
Misli Premyer liqasında "Neftçi"-"Qarabağ" oyununun təxirə salınması ətrafında mübahisələr hələ də davam edir. Baxmayaraq ki, qərar artıq rəsmən qəbul edilib.
Mia.az xəbər verir ki, oyun "Qarabağ"ın xahişilə təxirə salınıb.
Lakin azarkeşlər və futbol mütəxəssisləri arasında mübahisələr ən müxtəlif müstəvilərə qədər daşınmaqdadı hazırda. Zənnimizcə, bu qədər söz-söhbətin üzərinə azarkeşlər üçün qaranlıq qalan müxtəlif məqamların aydınlanmasının yeri vardı. Mia.az-ın əməkdaşı məhz bu məqsədlə mövzu üzrə "Neftçi"nin baş icraçı direktoru Cenk Sümerlə müsahibə edib:
- Cenk bəy, təxirəsalınmanın rəsmi açıqlanmasından sonra da mübahisələr səngimir. Hətta media bu məsələnin müzakirəsində iki hissəyə bölünüb. Mən şəxsən çox sərt qınamışam “Neftçi” rəhbərliyinin bu qərarını. Bunun da səbəbi vardı, çünki klubun azarkeşlərinin marağının, komandanın qürur məsələsinin müzakirəsi vardı ortada. Bizlərdə bir misal var, deyir, “kişi verdiyi sözdən geri qaçmaz”. Niyə o boyda iradə göstərisindən sonra geri çəkildiniz? Hətta mən deyərdim ki, aradan çəkildiniz: nə siz özünüz, nə “Neftçi” rəhbərliyindən kimsə ortaya çıxmadı. Mənə maraqlıdı: bu yumşalmanızın səbəbi sadəcə, “Qarabağ”ın Avrokubok oyununa dəstəyinizlə bağlıydı, yoxsa başqa səbəblər də oldu?
- Bir başqa məsələ yox. Bu, çox aydın mövzudu. Təklif gələndə məşqçilərimizlə bunu müzakirə edərək dəyərləndirdik. Məşqçilərimiz bildirdi ki, təqvimdə yazıldığı, nəzərdə tutulduğu tarixdə oyun olmalıdı. Çünki biz bütün planlarımızı buna görə təşkil etmişdik. Odur ki, onda cavabımızı buna görə verdik, oynamaq istədiyimizi bildirdik. Sonra bu tələb təkrar gəldi. Biz də təkrar dəyərləndirdik. Bilirsiniz, bizim hocamız, yəni Yuri Vernidub, Yuri hoca Avroliqa oyunları təcrübəsi olan adamdı, o da vəziyyəti nəzərdən keçirərək dəyərləndirdi. Təbii ki, bu ölkə futbolu məsələsidi, onun inkişafı önəmlidi. Oradakı mübarizə bizim Premyer liqa oyunlarından bir az fərqlidi. Bunu nəzərə alaraq Yuri hoca oyunun təxirə salınmasının uyğun ola biləcəyini söylədi, biz də əməl etdik.
- Yuri Vernidubdan jurnalistlər bu məsələni soruşmuşdu. O, dedi ki, onun səlahiyyətində olan məsələ deyil bu. Rəhbərlikdən nə deyilibsə, o da yerinə yetirib.
- O, elə demədi, xeyr. O, bilirsiniz, ukraynaca danışır, dediklərini tərcümə edirlər.
- Deyirsiniz ki, bu məsələ ölkə futbolunun məsələsidir və s. Ümumiyyətlə, hər klub öz adına çalışmırmı? Dünya miqyasında klublar var, məsələn, tutaq ki, “Barselona”, “Real-Madrid”, “Mançester”, “Liverpul” və s., onlar məgər öz ölkəsinin adını qorumaqla məşğuldu? Onlar futbol oynayıb pul qazanır. Bu klubların dünya miqyasında azarkeşləri var, millətindən, ölkəsindən asılı olmayaraq. Onsuz da klublar qələbə qazandıqca, onlar yetişdiyi ölkə çərçivəsində qalmır və azarkeş ölkəyə yox, kluba, onun oyununa, perfomansına dəyər verir. Məsələn, “Qarabağ”ın bu ilki Avropa oyunlarında uğurlarına dünyanın dörd bir tərəfindən insanlar sevinmişdi, hətta illərdi, bizimlə düşmənçilk edən ermənilər belə heyran olduğunu gizlətmədi. Yəni, bu nüansları düşünsək, məncə, “milli futbolumuz”, - deyərək, oyunun təxirə salınması absurd fikir olub. “Qarabağ” da öz cibinə çalışır, “Neftçi” də.
- Biz texniki heyətin verdiyi qərardan danışırıq. Burada “Neftçi” rəhbərliyinin qərarından söhbət gedə bilməz.
- Burada texnik hansı durumdan söhbət gedə bilərdi ki? Onsuz da “Qarabağ” əvvəlcə ev oyunu keçirir. Burada yaxşı oynasa, səfər oyununda avantajı olacaq. Yəni, bu durumda “Neftçi”ylə oyunun təxirə salınmasının “Qarabağ”a ciddi fayda verə biləcəyi mübahisəliydi.
- Siz elə düşünməyin. Bu qərarı dediyim kimi, texniki heyət verib. Onlar da qərar verəndə öz komandasının vəziyyətinə də baxır. Biz bu ilki mövsümdə çox geridən başladıq, bilirsiniz. Hazırda yavaş-yavaş bu vəziyyəti düzəltməyə çalışırıq. Yuri hocanın da, onun köməkçilərinin də bu məsələdə mövqeyi daha uzun hədəflərə köklənməkdi.
- Yaxşı, onda niyə “Qarabağ” özü oyundan imtina etmədi? Texniki məğlubiyyət alaraq 3 xalı “Neftçi”yə verə bilərdi. Bu, “Neftçi”nin turnir cədvəlindəki yerinə yaxşı təkan idi. Niyə onlar texniki məğlubiyyəti nəzərdən keçirmək istəmir, amma siz “Neftçi”nin hazırkı tempinin aşağı salınmasına razı olursunuz?
- Biz sözümüzdən geri çəkilmədik. Sadəcə, təklif gələn tarixdə həmin vaxta uyğun şəkildə qərar verildi. Daha sonra onlar da bir həftə oyunlar keçirdi və bizim hocalar verilən qərarı yenidən nəzərdən keçirdi. Baxın, biz hələ qış təlimlərindən başlayaraq qarşıdakı ayların planını, tempimizi müzakirə etməyə və hədəfləri müzakirə etməyə başlamışdıq. Komandamız hazırda çox sürətlə irəliləyir. Hocalar qərar verərkən bunu da nəzərə aldılar. Yəni, qərarımızın altında başqa heç bir səbəb yoxdu.
- Bu durumda azarkeşlərə deyəcək sözünüz varmı?
- Onlara həmişəki kimi “səbrli olun”, - deyirəm. Qarşıda oyunlarımız çoxdu. Hazırda bir az fasiləmiz olacaq, sonra “Turan-Tovuz”la oyunla başlayacaq bir turumuz var. Hələ “Qarabağ”la 2 dəfə üz-üzə gələcəyik, ikisini də evimizdə oynayacağıq. Bizim kimi, “Qarabağ” üçün də çətin olacaq bu oyunlar. Yeni baş məşqçi öz heyəti ilə komandamız üçün var gücüylə çalışır, yeni texnika, üsullar tətbiq etməyə çalışır. Azarkeşlərə bir sözümüz vardı, demişdik ki, əvvəlki “Neftçi”ni yenə görə biləcəklər. Buna çalışırıq.
P.S. Xatırladaq ki, Cenk Sümerin mia.az-a dediyi ilə baş məşqçinin aşağıda qeyd edilən videodakı çıxışındakı fikirlər bir-birini təkzib edir. Şərhi oxucuların öhdəsinə buraxırıq.
Zülfiyyə Mustafayeva
Mia.az
Yevlax
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və ya İstanbul Bəyannaməsi...
Bugün, 00:06 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan tədbirdə - FOTOLAR
17.04.2026, 21:49 GÜNDƏM
-
"Neftçi" son dəqiqədə qələbəni əldən verdi
17.04.2026, 21:44 İDMAN
-
Prezident İlham Əliyev Antalyada Diplomatiya Forumunda - FOTOLAR (YENİLƏNİB)
17.04.2026, 21:28 GÜNDƏM
-
Məşhur aktrisa 1.5 illik evliliyə son qoydu
17.04.2026, 21:06 ŞOU-BİZNES
-
İlham Əliyevlə Ərdoğan görüşüb - Antalyada + FOTO
17.04.2026, 20:36 GÜNDƏM
-
Tramp İranla işbirliyindən danışdı, NATO ilə “məzələndi”: “Boğaz bir daha bağlanmayacaq”
17.04.2026, 20:34 GÜNDƏM
-
Hikmət Hacıyev: "Buna son qoyulduqdan sonra sülh sazişini imzalamağa hazır olacağıq" - VİDEO
17.04.2026, 19:55 SİYASƏT
-
Sergen Yalçın ilk 11-liyi müəyyənləşdirir
17.04.2026, 18:00 İDMAN
-
Laçında Aqrar Biznes Festivalı keçirilib
17.04.2026, 17:58 İQTİSADİYYAT
-
Hörmüz boğazı açıldı - Neft qiymətləri sürətlə enir
17.04.2026, 17:41 İQTİSADİYYAT
-
AFFA qərar verdi - Daha bir komanda liqadan kənarlaşdırılıb
17.04.2026, 17:40 İDMAN
-
Türkiyədə zəlzələ oldu - 4.1 bal gücündə
17.04.2026, 17:23 GÜNDƏM
-
11 illik buraxılış imtahanının nəticələri elan olundu
17.04.2026, 17:16 GÜNDƏM
-
HÖRMÜZ BOĞAZI AÇILDI – Rəsmi Tehrandan bəyanat
17.04.2026, 17:12 GÜNDƏM
-
Hidayət Heydərov gümüş medal qazandı
17.04.2026, 17:06 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
17.04.2026, 17:00 İQTİSADİYYAT
-
ƏLİ ƏSƏDOVUN MÜKLƏRİNİN SİYAHISI YAYILDI - Nələr yoxmuş ki? (VİDEO, FOTOLAR)
17.04.2026, 16:59 GÜNDƏM
-
SERİALLARIN SSENARİSİ KÖKÜNDƏN DƏYİŞİR – Məktəblərə hücuma görə
17.04.2026, 16:47 MƏDƏNİYYƏT
-
Aprelin 19-dan yağışlar başlayacaq
17.04.2026, 16:44 GÜNDƏM
-
“Qalatasaray”da seçki: tarix bəlli oldu
17.04.2026, 16:27 İDMAN
-
DEPUTATLAR TOPLANIR: bu qanunlara dəyişiklik ediləcək - SİYAHI
17.04.2026, 16:22 GÜNDƏM
-
İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb
17.04.2026, 16:14 GÜNDƏM
-
Dövlət Baxçalı daha iki təşkilatı ləğv edib - Sədrlər istefaya göndərilib
17.04.2026, 16:04 SİYASƏT
-
ABŞ səfiri Barrak Antalyada: “Regionların öz problemlərini həll etdiyi yeni bir nizam qurulur”
17.04.2026, 15:44 GÜNDƏM
-
Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib
17.04.2026, 15:40 İQTİSADİYYAT
-
Energetika naziri Türkiyədə bir sıra görüşlər keçirib
17.04.2026, 15:27 İQTİSADİYYAT
-
Bakıda şok olay: kişi arvadını öldürərək evi yandırıb, sonra isə...
17.04.2026, 15:23 KRİMİNAL
-
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – Açıqlama + FOTOFAKT
17.04.2026, 15:10 İQTİSADİYYAT
-
Sabiq nazir ittihama belə cavab verdi: "Müəllimlik edərək həyatımı sürürəm"
17.04.2026, 14:59 SİYASƏT
-
Bu tarixlərdə külək güclənəcək - Xəbərdarlıq
17.04.2026, 14:58 GÜNDƏM
-
Dövlət icra məmuru vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edilir
17.04.2026, 14:50 CƏMİYYƏT
-
Sahibə Qafarova ermənistanlı spikerlə görüşdü - Türkiyədə nələr müzakirə edildi? (FOTO, Yenilənib)
17.04.2026, 14:45 GÜNDƏM