"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır

"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır

İDMAN

23.01.2026, 19:43

"Qalatasaray" klubu "Göztəpə"nin yarımmüdafiəçisi Arda Okan Kurtulana "elçi" gedib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul klubu İzmir komandasının 23 yaşlı futbolçusunu heyətinə cəlb  etmək istəyir.

Məlumata görə, artıq tərəflər arasında danışıqlar başlayıb: "Lakin "Göztəpə" 23 yaşlı futbolçunu satmaq istəmir. Futbolçu isə transferə müsbət yanaşır..."

Xatırladaq ki, Albaniyanın millisindən vaxtilə imtina edən Arda Okan bu mövsüm "Göztəpə"də 18 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Fərid ASLAN

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR