Okan Buruk İkardinin “kitabını bağlayıb” 

Okan Buruk İkardinin “kitabını bağlayıb” 

İDMAN

14.04.2026, 23:34

"Göztəpə" və "Kocaeli" ilə son oyunlarda cəmi 15 dəqiqə meydanda olan "Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardinin artıq mövsümün qalan oyunları üçün “kitabı bağlanıb”.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Baş məşqçi Okan Buruk zədəsi sağalan nigeriyalı hücumçu Viktor Osimhenin məşqlərə başlamasından sonra argentinalı futbolçunu heyətdə düşünmədiyini açıq deyib.
Xəbərdə deyilir ki, bu qərar, həm də o deməkdir ki, müqaviləsi yekinlaşmaq üzrə olan Mauro İkardi ilə növbəti sezon üçün müqavilə yenilənməyəcək.
Fərid
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR