“Trabzonspor” bu oyunun biletini 19 qəpiyə saldı

“Trabzonspor” bu oyunun biletini 19 qəpiyə saldı

İDMAN

15.04.2026, 11:41

“Trabzonspor” Türkiyə Super Liqasının 30-cu tur çərçivəsində “Başakşehir”la matçın biletlərinin qiymətini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub azarkeşlərə səslənərək, onlardan komandaya dəstək istəyib.

Klubun Baş katibi Sami Karaman bildirib ki, liqanın bitməsinə 5 tur qalıb və qalan matçlarda azarkeşlərin dəstəyinə böyük ehtiyacları var: “Bu səbəbdən “Başakşehir” matçı üçün simvolik bilet qiymətləri təyin etdik. Bu oyunda cənub və şimal tribunaları üçün bilet qiymətlərini 5 Türk Lirəsi (19 qəpik-mia.az) müəyyənləşib”

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR