Maşın kanala aşdı: müəllim öldü

Maşın kanala aşdı: müəllim öldü

KRİMİNAL

17.01.2026, 14:46

Bu gün Ucarda ağır yol qəzası baş verib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kəndinə gedən yolda qeydə alınıb.

“Mercedes C Class” markalı minik avtomobili aşaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə sürücü 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində ölüb.

Qəza yerinə polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, qəzada həyatını itirən Coşqun Məmmədov Ucar rayonu Bərgüşad kənd məktəbinin müəllimi imiş.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR