Rəisin cinayət işi məhkəməyə göndərilib
KRİMİNAL
13.04.2026, 10:52
Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən mia.az-a bildirilib ki, Rüstəmov Əvəz Əli oğlunun Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsinin bölmə rəisi, habelə həmin hissənin rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə qeyd olunan nazirlikdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İbtidai istintaqla Əvəz Rüstəmovun sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş qeyd olunan Mənzil-İstismar Hissəsinin işçiləri və digər vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqaviləsinin tərtib edilməsi və onların qeydiyyata alınması müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə, habelə işlə təmin olunma ilə bağlı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bəzi rayonlarda yağış və qar yağacaq - Xəbərdarlıq
Bugün, 16:19 CƏMİYYƏT
-
Prezident Baxış Babayevi təltif edib - Sərəncam
Bugün, 16:19 GÜNDƏM
-
Dövlət Agentliyi yaradıldı - Prezident fərman imzaladı
Bugün, 16:13 GÜNDƏM
-
Məleykə Abbaszadə: "SAT imtahanlarında saxtakarlıq halları var"
Bugün, 16:04 GÜNDƏM
-
"Mançester Yunayted" Onanaya “yox” dedi və...
Bugün, 15:49 İDMAN
-
AFFA bir neçə klubu cəzalandırıb
Bugün, 15:38 İDMAN
-
Şair Yusif Həsənbəy 93 yaşında vəfat edib
Bugün, 15:31 MƏDƏNİYYƏT
-
Bir qrup aktyora pul ayrıldı: 8500 manatdan 25 minədək - AzTV-dən açıqlama (YENİLƏNİB)
Bugün, 15:24 MƏDƏNİYYƏT
-
“Bilmirəm Əli İsa Cabbarov özünü kənardan necə İttifaqa salıb, Şəfiqə Məmmədova isə..."
Bugün, 15:18 MƏDƏNİYYƏT
-
"K1" servis avtobusu 24/7 rejimində işləyəcək
Bugün, 15:10 CƏMİYYƏT
-
Selçuk İnan: “Yenə eyni ruhla mübarizə aparacağıq”
Bugün, 14:57 İDMAN
-
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırıldı
Bugün, 14:42 İQTİSADİYYAT
-
YENİ ELMİ İNSTİTUTLAR YARADILDI - Qərar verildi
Bugün, 14:42 GÜNDƏM
-
Hakim Akif İsgəndərov təqaüdə göndərilib
Bugün, 14:29 GÜNDƏM
-
Mətbuat katibi vəzifədən getdi
Bugün, 14:15 PRESS
-
Kubada neft və yanacaq tükənib – Nazir SOS Verdi
Bugün, 14:08 DÜNYA
-
ÇİN və ABŞ LİDERLƏRİ İRANIN KİTABINI BAĞLADI: “Hörmüz boğazı açıq qalacaq, İran heç vaxt…”
Bugün, 13:50 GÜNDƏM
-
"Tramp Çini Putindən və İrandan “qoparmağa” çalışır" - ŞƏRH
Bugün, 13:24 SİYASƏT
-
Gürcüstanda ağır qəza: 7 azərbaycanlı hadisə yerində ölüb - FOTO
Bugün, 13:08 KRİMİNAL
-
Onlar Azərbaycana vizasız gələ biləcək
Bugün, 13:03 GÜNDƏM
-
“Qalatasaray” müğənniyə iki mahnı üçün fantastic məbləğ təklif etdi – 1.5 milyon avro
Bugün, 12:52 ŞOU-BİZNES
-
Türkiyədə iyrənc olay: tələbə müəlliminin təcavüzündən bezdi, lüt şəkildə özünü binadan atdı
Bugün, 12:36 KRİMİNAL
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:33 GÜNDƏM
-
Livanda Pravoslav Kilsəsinin binası partladılıb
Bugün, 12:28 DÜNYA
-
"Neftçi"nin şikayətinə "yox" deyildi
Bugün, 12:19 İDMAN
-
Ədliyyə naziri ən çox şikayət olunan müəssisənin rəisini vəzifədən çıxardı - Əhəd Abdiyevə etimad göstərildi
Bugün, 12:02 GÜNDƏM
-
SHXÇDX-də iki şöbə ləğv olundu, yeni idarə yarandı - Təyinat
Bugün, 11:59 GÜNDƏM
-
Trampın "Dünyada yalnız iki supergüc var" sözü və ya Pekin səfərindən gözləntilər... - TƏHLİL
Bugün, 11:56 SİYASƏT
-
WUF13-ün ilk günü: nazirlər görüşəcək, sənəd qəbul olunacaq
Bugün, 11:45 GÜNDƏM
-
Akif İslamzadə xəstəxanadan evə buraxılıb
Bugün, 11:42 MƏDƏNİYYƏT
-
“Normallaşma” İllüziyası: Ermənistan reallıq qarşısında - Azərbaycan oyunun qaydalarını yazır
Bugün, 11:22 SİYASƏT
-
DSMF-dən pensiya - Açıqlaması
Bugün, 11:09 İQTİSADİYYAT
-
30 yaşlı futbolçu “Fənərbağça”dan gedir?
Bugün, 10:55 İDMAN
-
Hikmət Hacıyev: "Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər"
Bugün, 10:52 SİYASƏT