Rusiyada azərbaycanlı iş adamı kimin qəzəbinə tuş gəlib? - Nəsimi Məmmədov həbs etmək istəyirlər
KRİMİNAL
18.09.2025, 10:50
Yekaterinburq prokurorluğu 2000-ci ildə iş adamı Aleksey Zubakini qətlə yetirməkdə ittiham olunan azərbaycanlı biznesmen Nəsimi Məmmədov barəsində çıxarılan bəraət hökmünü növbəti dəfə ləğv etməyə çalışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Ura.ru” agentliyi yayıb.
Sentyabrın 17-də məsələyə baxan Sverdlovsk vilayət məhkəməsi isə N.Məmmədov barəsində verilən hökmü qüvvədə saxlayıb.
Maraqlıdır ki, bundan əvvəl məhkəmə üç dəfə azərbaycanlı iş adamının günahsız olduğu barədə qərar çıxarıb. Amma Rusiyanın prokurorluq orqanları məhkəmə qərarları ilə razılaşmaq istəmir.
Qətl hadisəsi 2000-ci il dekabrın 21-də A.Zubakinin evinin yaxınlığında baş verib. Mərhum Dmitri Deyç adlı şəxslə görüşmək üçün avtomobili ilə evinin yerləşdiyi küçəyə yaxınlaşıb. Zubakin binaya daxil olmaq istədikdə, naməlum şəxs iki tapançadan ona atəş açıb. İş adamı hadisədən iki gün sonra xəstəxanada vəfat edib.
Fotoda: Nəsimi Məmmədov
Qatili isti izlərlə saxlamaq mümkün olmayıb. Zubakinin həm də ailəvi dostu olan Deyç hadisədə şahid olaraq göstərilib, ölümündən sonra isə biznesinin əsas sahibinə çevrilib.
2022-ci ilin martında isə Dmitri Deyç, mütəşəkkil cinayətkar dəstənin keçmiş lideri Mixail Klok və Nəsimi Məmmədov saxlanılıb. Bu zaman Deyç biznes şərikinin qətlini 15 min dollar müqabilində Kloka sifariş etdiyini bildirib. M.Klok isə saxlanıldıqdan sonra guya istintaqla əməkdaşlıq edib və bildirib ki, qətli onun keçmiş sürücüsü Nəsimi Məmmədov icra edib. Azərbaycanlı isə öz növbəsində qətldə iştirakını təkzib edib.
Məmmədovun vəkilləri bildirib ki, müvəkkillərinin eyni anda iki tapança ilə atəş açmaq bacarığı yoxdur. Bununla yanaşı, onun həmin gün xəstəxanada olduğu təsdiq olunub.
2023-cü ildə Deyç xəstəlikdən vəfat edib, Məmmədovu isə məhkəmə günahsız elan edib. Yekaterinburq prokurorluğu üç dəfə bəraət hökmünün ləğvinə çalışsa da, buna nail olmayıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Emin Əmrullayev yazır: "Söylədiyim fikir bundan ibarət idi ki, bir tələbəyə düşən təhsil haqqı..."
Bugün, 13:48 SİYASƏT
-
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
Bugün, 13:45 PRESS
-
İstefa verən deputat bu partiyaya keçdi - FOTO
Bugün, 13:35 SİYASƏT
-
Prezidentin köməkçisi, nazirlər, icra başçıları... - Sabirabadda regional müşavirə keçirilib + FOTOLAR
Bugün, 13:28 GÜNDƏM
-
İcra başçısı aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı bir neçə təklif irəli sürüb - Müşavirədə
Bugün, 13:27 CƏMİYYƏT
-
Türkiyənin 42 şəhərində FETÖ əməliyyatı: 128 nəfər qandallandı
Bugün, 13:19 DÜNYA
-
Mərkəz sədri: "Ceyhun Məmmədovun sözlərindən narahat olanlar aynaya baxsın"
Bugün, 13:14 SİYASƏT
-
Məktəb direktorlarının işə qəbulu... - Elektron qeydiyyat başlayır
Bugün, 13:12 GÜNDƏM
-
Bakı–Naxçıvan reysləri yenə ləğv edilib
Bugün, 13:03 GÜNDƏM
-
Sabah yağışlı hava olacaq - Proqnoz
Bugün, 12:59 CƏMİYYƏT
-
Xüsusi karantin rejiminin müddəti uzadıldı - Baş nazir qərar verdi
Bugün, 12:56 GÜNDƏM
-
Zaur Mikayılov: "Əsas hədəf..."
Bugün, 12:41 CƏMİYYƏT
-
Aqrar Sığorta - Fermerin təhlükəsizlik zəmanəti və kənd təsərrüfatının dayanıqlı inkişafının təmini
Bugün, 12:31 İQTİSADİYYAT
-
Nazir: "Pambıqçılığın inkişafına mane olan problemlər var"
Bugün, 12:18 İQTİSADİYYAT
-
Məhəmməd Baqir Qalibaf Bakıda: "İranın müqavimətinin nəticəsidir ki..."
Bugün, 12:04 SİYASƏT
-
Şirvan Sukanal İdarəsinin "tiktoker" işçisi saxlanıldı
Bugün, 11:45 PRESS
-
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTOLAR
Bugün, 11:36 GÜNDƏM
-
Prezidentin köməkçisi müşavirədə: "Bitkiçilik, heyvandarlıq, meyvəçilik, quşçuluq, balıqçılıq, kartofçuluq..." (YENİLƏNİB)
Bugün, 11:32 İQTİSADİYYAT
-
Vüsal Qasımlı: "Bu dəyişikliklər sığorta sektorunun rolunu daha da artırıb"
Bugün, 11:29 İQTİSADİYYAT
-
Keşlə sakinləri niyə kompensasiyanı ala bilmir? - VİDEO
Bugün, 11:23 CƏMİYYƏT
-
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahilinin neft tullantılarından təmizlənməsi davam etdirilir
Bugün, 11:13 GÜNDƏM
-
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar qəbul edib
Bugün, 11:03 İQTİSADİYYAT
-
İlham Əliyev İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
Bugün, 10:27 GÜNDƏM
-
Ağcabədidə 42 yaşlı kişi 7 kq narkotiklə tutulub
Bugün, 10:21 KRİMİNAL
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar bileti... - Satış müddəti uzadıldı
Bugün, 10:19 CƏMİYYƏT
-
Bakıda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının sessiyası keçirilir
Bugün, 10:12 GÜNDƏM
-
TRAMP İRANA QARŞI SAVAŞI BLOKLAYAN KONQRESİ TOPA TUTDU: "Düşmənə kömək etdilər"
Bugün, 10:02 GÜNDƏM
-
Daşınmaz əmlak bazarında pozuntular... - Ali Məhkəmə izahat yaydı
Bugün, 09:45 GÜNDƏM
-
Azərbaycan neftinin qiyməti 79 dollara düşdü
Bugün, 09:35 İQTİSADİYYAT
-
Komitə sədri "İxtisara düşənlərdən "Həmkarlar"a üzvlük haqqı tutulurmu" sualına belə cavab aldı: "O yalançı qurumda niyə qalırlar ki..."
Bugün, 09:27 CƏMİYYƏT
-
"Arif müəllim böyük sənətkar, böyük ustad idi"
Bugün, 09:13 MƏDƏNİYYƏT
-
Respublika Klinik Xəstəxanasında tibb bacıları kütləvi zəhərlənib? - TƏBİB xəbəri nə təsdiqləyib, nə də təkzib edir
Bugün, 09:09 CƏMİYYƏT
-
İsrail ABŞ-a tələb qoydu: “Qırıcılarını Təl-Əvivdən çıxar!”
Bugün, 09:00 DÜNYA
-
Konqresdən Trampa “şok zərbə” – “Müharibə səlahiyyətləri” məhdudlaşdırıldı
Bugün, 08:50 GÜNDƏM