"Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm" - İlham Əliyevin “Euronews”a MÜSAHİBƏSİ
GÜNDƏM
14.03.2025, 18:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibə verib.
Mia.az xəbər verir ki, dövlət başçısının müsahibəsindən bir hissə martın 14-də həmin televiziya kanalında yayımlanıb. İndi müsahibənin tam variantını təqdim edirik.
Müxbir: Cənab Prezident, Qlobal Bakı Forumu artıq 12-ci ildir ki keçirilir. Builki tədbirin nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?
Prezident İlham Əliyev: Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir. Çıxışımda qeyd etdiyim kimi, burada müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak edir. Bu şəxslər böyük təcrübəyə və biliyə malikdirlər.
Artıq açılış sessiyasından da bəlli olur ki, burada müxtəlif fikirlərin kombinasiyası mövcuddur. Onlar heç də üst-üstə düşmür və bunun özü müsbət haldır. Əminəm ki, panellər çərçivəsində daha da qızğın müzakirələr aparılacaq. Beləliklə, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var.
- Builki Forumun mövzusu “Dünya Düzəninin Yenidən Düşünülməsi”dir. Sizcə bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir?
- Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.
İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.
-Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi oluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyiniz nədən ibarətdir?
- Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.
Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik.
-Daha geniş regiona nəzər saldıqda burada Rusiya-Ukrayna məsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələri görürük. Qlobal kollektiv yanaşma olaraq biz bu hadisələrdən nəyi öyrənərək irəliləyə bilərik?
- Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o öz taleyinin sahibidir.
Onlar bunu nə qədər tez başa düşsələr bu, onlar üçün bir o qədər də yaxşı olar. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək.
Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir.
- Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq?
- Bu məsələdə mən o qədər də nikbin deyiləm. Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu müharibənin sona çatması demək deyildi. Sadəcə transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir.
Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq.
Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir.
- Hesab edirəm ki, belə hadisələr bu cür müzakirələrin başlanılmasına səbəb olur. Bu, o geosiyasi arenanın mühüm bir hissədir, elə deyilmi?
- Əlbəttə. Çünki biz geosiyasi dəyişikliklərdən bəhs edəndə daha dəqiq danışmalıyıq. Bu, Vaşinqtonda baş verən hadisələrdir. Amerikanın yeni administrasiyasının siyasəti ilə bağlı nələr baş verir və bu, bir daha bütün dünyanın Ağ Evdə qəbul olunmuş qərarlardan necə asılı olduğunu nümayiş etdirir. Beləliklə, bu, qlobal geosiyasi dəyişikliyin mənbəyidir. O, yenicə başlayıb və biz bu geosiyasi dəyişikliyin ilk aylarını yaşayırıq.
Buna görə də belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibidir. Mənim çıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq.
Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək.
- Siz artıq prezident Trampla danışmısınız və o, Sizin fikirlərinizi bölüşürmü?
- Mən, sadəcə, onunla onu seçkilərdə qələbə münasibətilə təbrik etmək üçün danışmışam və bu da bizim aramızda baş vermiş yeganə söhbətdir.
- Hələ ki. Cənab Prezident Sizinlə danışmaq hər zaman çox xoşdur.
- Çox sağ olun. Sizə Bakıda xoş vaxt keçirməyi arzulayıram.
-Sağ olun. Sizi görmək xoş idi.
- Sağ olun.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qarşıda növbəti ağır mərhələ var: ya yeni yol tapılmalı, ya yeni yol salınmalıdır
Bugün, 01:09 SİYASƏT
-
İstanbul Bilgi Universiteti fəaliyyətini bərpa edir - Qərar dəyişir
Bugün, 00:59 GÜNDƏM
-
ÖZƏLLƏ YAVAŞ BİR ARAYA GƏLDİ, 45 GÜNLÜK VAXT QOYULDU – Bələdiyyə sədrləri birgə bəyanat verdi
Bugün, 00:44 GÜNDƏM
-
Kamal Kılıçdaroğlu ilk olaraq 10 deputatı qovmağa hazırlaşır – “Xəyanət” sözünə görə (SİYAHI)
Bugün, 00:27 SİYASƏT
-
Kılıçdaroğluya mahnı həsr edən sənətçi ortaya mövqe qoydu: “Onun yanında deyiləm”
Bugün, 00:24 SİYASƏT
-
Zədəsini daha tez sağaldan Arda Gülər geri döndü
Bugün, 00:13 GÜNDƏM
-
"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər" - Bakı sakini Mehriban Əliyevadan kömək istədi
Bugün, 00:08 CƏMİYYƏT
-
Çempionlar Liqası: “Fənərbağça”nın potensial rəqibləri dəqiqləşdi
Bugün, 00:06 İDMAN
-
Andre Onana “Trabzonspor”la vidalaşdı
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
TDT-yə üzv dövlətlərin Ali məhkəmə sədrləri toplandı - İnam Kərimov Səmərqənddə + FOTOLAR
24.05.2026, 22:26 SİYASƏT
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
24.05.2026, 22:11 CƏMİYYƏT
-
KILIÇDAROĞLU POLİS GÜCÜNƏ CHP BİNASINA GİRDİ – Özəl isə "geri dönəcəyik" mesajı verdi (FOTOLAR)
24.05.2026, 18:14 GÜNDƏM
-
Palçıqda başa çatan futbol mövsümü və ya Quba Olimpiya Kompleksinin stadionu bərbad vəziyyətdədir (VİDEO)
24.05.2026, 18:02 İDMAN
-
"İmişli" stadionda işığa qənaət edir? - Premyer liqanın motivasiyasız son oyunu (FOTO)
24.05.2026, 17:55 İDMAN
-
Araz Abdullayev Yevlax klubundan yola salındı
24.05.2026, 17:48 İDMAN
-
Muaytay-Tayboks Federasiyasının prezidenti Mia.az-a danışdı, sənəd təqdim etdi: "Federasiyanın rəhbəri mənəm, Araz Musayev yenə cəmiyyəti aldadır"
24.05.2026, 17:43 İDMAN
-
Mayın 25-27-də küləkli hava olacaq - Sarı və narıncı xəbərdarlıq verildi
24.05.2026, 16:50 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah"ın potensial rəqibləri bəlli oldu
24.05.2026, 16:31 İDMAN
-
Ömrünü elmə həsr edən alim... - Professor İsa İsmayılovun 80 illik yubileyinə söz ardı...
24.05.2026, 15:23 MƏDƏNİYYƏT
-
Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzində - FOTOLAR
24.05.2026, 15:05 CƏMİYYƏT
-
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı oldu - 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə "ağıllı" saat aşkarlandı (Yenilənib)
24.05.2026, 13:24 GÜNDƏM
-
Muaytay-Tayboks Federasiyasında seçki: Azər Musayev prezident seçildi, Azər Həsənsoy qurumdan uzaqlaşdırıldı
24.05.2026, 12:45 İDMAN
-
Rusiya Kiyevi raket atəşinə tutub - Azərbaycanı səfirliyinin binasına zərər dəyib
24.05.2026, 11:30 GÜNDƏM
-
"Yeni Müsavat" qəzetinin redaktoruna ağır itki üz verib
24.05.2026, 11:22 PRESS
-
CHP-nin qərargahında dava - Kılıçdaroğlu vıə tərəfdarları partiyaya buraxılmadı (FOTOLAR)
24.05.2026, 10:05 DÜNYA
-
Meşələrin İnkişafı Xidməti 440 in manatlıq maşınlar alır
24.05.2026, 10:03 İQTİSADİYYAT
-
Cəlilabadda zəlzələ olub
24.05.2026, 09:49 GÜNDƏM
-
Muxtar Babayev BMT Baş katibi postuna namizədlə bir araya gəldi - AÇIQLAMA
24.05.2026, 00:06 GÜNDƏM
-
“Araz-Naxçıvan” “Zirə”ni məğlub etdi
24.05.2026, 00:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.05.2026, 00:02 CƏMİYYƏT
-
Leyla Əliyeva Bakıda toyda - VİDEO
23.05.2026, 23:50 MƏDƏNİYYƏT
-
KONSULUMUZ QƏZADA DÜNYASINI DƏYİŞDİ - XİN açıqlama yaydı + VİDEO (YENİLƏNİB)
23.05.2026, 23:33 GÜNDƏM
-
Sabiq nazirin 700 minlik evinin hərraca çıxarılacağı tarix bəlli oldu
23.05.2026, 20:38 İQTİSADİYYAT